Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döydü

OXUNUB: 677 HADİSƏ

Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döyüb. 

İcmal.Az APA-ya istinadən xəbə verir ki, sentyabrın 3-də Gəncədə yaşayan İ.İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
 
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Vəliyev tutulub.

 

İcmal.Az

RƏYLƏR