Gəncədə polisə hücum - Silahı əlindən alındı

OXUNUB: 921 HADİSƏ

Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub.

Səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər./apa

İcmal.Az

RƏYLƏR