Gəncənin mərkəzi bazarında faciə: Oğlunu əvəzləyən ata öldü

OXUNUB: 912 HADİSƏ

Gəncə şəhər Mərkəzi bazarında (Keçəllər bazarı) ölüm hadisəsi baş verib.

Yerli sakin 1964-cü il təvəllüdlü Əliyev Mobil Əliqulu oğlu bu gün səhər saatlarında bazarda dünyasını dəyişib.

Belə ki, M.Əliyev bazarda satıcı işləyən oğlunu əvəz etmək üçün işə gələrkən qəfildən halı pisləşib. Dərhal Təcili tibbi yardım çağırılıb. Amma onu həyata qaytarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, M.Əliyevin oğlu bazarda satıcı işləyir. O, bu gün oğlunu əvəz etmək üçün işə gəlibmiş./report


RƏYLƏR