"Gənclərin Sağlam İnkişafı" İB-nin təlimləri davam edir - MASALLIDA+FOTOLAR

OXUNUB: 1180 QHT

 

Azərbaycanın hər bir rayonu üçün xarakterik olan qadın problemlərini üzə çıxarmaq Bakıətrafı kəndləri üçün deyil, Azərbaycanın əksər rayonları ücün xarakterikdir. Bundan başqa son illərdə regionlarda aparılan müşahidələr, digər qadınlar ilə işləyən təşkilatların tədqiqatları və müşahidələi bunu bir daha təsdiqləyir. Son 15 ildə əhali artımı bütün fertil yaş qruplarında aşağı düşməkdə davam etsə də, məhz 15-18 yaş qrupunda doğuş 1981-ci illə müqayisədə 200 dəfə artmışdır. Çox təəssüf ki,bu günə qədər erkən nigahlar nə ailə zorakılığının forması, nə qızların təhsil və sağlamlıq hüquqlarnın pozulması, nə də ki ümumu insan hüquqlarının pozulması kontekstində tədqiq edilməmişdir. Problemin miqyası isə getdikcə genişlənir.

Bu mənada "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi ""Təhsillə nigahım” – gənc xanımların uğur formulu" layihəsini reallaşdırmaq üçün Gənclər Fonduna müraciət etdi və müsbət cavab aldı. Layihə çərçivəsində paytaxtda və regionlarda təlimlərin keçirilməsi nəzərdə tutulub.

Növbəti təlim 15 fevral 2018-ci il tarixdə Masallıda baş tutdu.

Təlimin moderatoru AzXeber.comsaytının baş direktoru Əfsələddin Ağalarov idi. Ə.Ağalarov erkən nigah probleminin həllində medianın rolundan danışdı: "Bu problem demək olar dünyanın əksər ölkələrində var. Bugun bu və bu kimi problemlərin həlli yollarından biri də mediadır. MEDİA qurumlarının rəhbərləri bu sahəyə xüsusi diqqət ayırmalı, cəmiyyətin maarifləndirilməsində xüsusi olaraq iştirak etməlidirlər.". Sonra gənclər təlimçiyə suallar ünvanladı, təlim qarşılıqlı disskusiya formatında davam etdi.

Təlim zamanı iştirakçılara GSİ tərəfindən hazırlanan müxtəlif dəftərxana ləvazimatları, hədiyyələr, xüsusi geyimlər paylanılıb.

Məlumat üçün qeyd edək ki, "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi ""Təhsillə nigahım” – gənc xanımların uğur formulu" layihəsini Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırır. Layihə çərçivəsində Lənkəranda, Masallıda və Bakıda gənclərə təlim keçirləcək.






RƏYLƏR