“Greencard Azerbaijan”: Elariz Məmmədoğlu Amerikaya getməyə hazırlaşır

OXUNUB: 1058 ŞOU-BİZNES

"Elariz Məmmədoğlunun Amerikaya gedib-getməyəcəyi ilə bağlı suallara cavab olaraq bildirmək istərdik ki, o, bu il "Greencard”ın qalibi olub və Amerikaya getməyə hazırlaşır. "Greencard” proqramının növbəti mərhələsi kimi, onun digər sənədləşmə işlərini artıq başlatmışıq”.

İcmal.Az xəbər verir ki, bu barədə "Greencard Azerbaijan”nın rəsmi "Facebook” səhifəsində məlumat verilib.

Xatırladaq ki, ifaçı bir neçə gün əvvəl "Şou məkan” verilişinə müsahibəsində "İyulda 22 toyum var. Onları qoyub necə Amerikaya gedim? Azərbaycanın toylarını atıb gedə bilmərəm” demişdi.

Qeyd edək ki, ötən ay ABŞ-ın Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb. Budəfəki uduşda Azərbaycanın 224 vətəndaşı "Greencard” sahibi olub. Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov da var.
İcmal.Az

RƏYLƏR