Güləşçilərimiz FİNALDA - Gözümüz Ayovada

OXUNUB: 893 İDMAN

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları davam edir.

İcmal.Az xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır.

"B" qrupunda mübarizə aparan millimiz Monqolustan yığmasını 7:3 hesabı ilə məğlub edib. Yığmamız ilk yarış günündə Kuba və Qazaxıstan millilərinə də qalib gəlib. Bununla da Azərbaycan millisi dünya kubok yarışlarının finalına yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

 

İcmal.Az

RƏYLƏR