Günəş şüası xərçəng xəstəliyi yarada bilər - VİDEO

OXUNUB: 631 SOSİAL

Günəş şüalarından faydalanmaq üçün müəyyən qaydalara əməl etmək lazım olduğundan, yəqin ki, hər kəs xəbərdardır. Əks halda günəş şüaları insanın sağlamlığına xeyir yox, ziyan vura bilər. 

Həkimlər bildirir ki, günvurma çox ciddi pozulmadır və ağır hallarda iflicə, komaya, hətta ölümə səbəb ola bilər. Günəş yanıqlarının əsas təhlükəsi ondan ibarətdir ki, insan bundan çox gec xəbər tutur. Simptomlar dərhal deyil, 30 dəqiqə - 1 saatdan sonra üzə çıxır.

Əgər yanıq nəticəsində dəridə suluqlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin. Bu suluqları heç bir halda deşmək olmaz. Əks halda yaraya infeksiya düşə bilər.

Baku.TV-nin günəş şüasının zərəri ilə bağlı hazırladığı reportajı təqdim edirik: 

İcmal.Az

RƏYLƏR