Gürcülər Bakıda oğurluq etdilər

OXUNUB: 746 HADİSƏ

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabını soyğunçuluq yolu ilə alıb. 

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

İcmal.Az

RƏYLƏR