Gürcüstandan Azərbaycana gələn avtomobilin təkərlərindən görün nələr çıxdı - FOTO

OXUNUB: 684 HADİSƏ

Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Mersedes Benz 300D” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd "SFA-100 M50” markalı pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir. Bununla belə partlayıcı xassəyə malik bu predmeti avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla insanın da həyatını təhlükə altında qoymaqdır./publika

İcmal.Az

RƏYLƏR