Göyçayda 32 yaşlı şəxsin damarlarını doğradılar

OXUNUB: 670 HADİSƏ

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun 1-ci Ərəb kəndində baş verib.

 

Kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Elsevər Fazil oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib.

Məlum olub ki, hadisə nəticəsində E.Hüseynovun damarları kəsilib. Faktla bağlı Göyçay rayon Polis şöbəsində araşdırmalara başlanılıb./trend

İcmal.Az

RƏYLƏR