Göygöl sakini bıçaqlanıb

OXUNUB: 575 HADİSƏ

Göygöldə bıçaqlanma olub.

Rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının  kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR