Yığıncaqda Hökumət Təşkilatları, Insan Hüquqları üzrə Müvəkkil Ombudsman, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, Assosiasiyanın üzvləri və KİV nümayəndələri iştirak etmişlər. Konfransı Salamlama ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Vüqar Tarverdiyev açmışdır. Azərbaycanda Hemofiliyanın tarixi haqqında Gülnarə Hüseynova çıxış etmişdir. Daha sonra İTV jurnalisti Vəsilə Vahid qızının təqdimatı ilə "Faktor” filmi nümayiş edilmişdir. Filmdən sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov "Azərbaycanda hemofiliya dünən, bu gün, sabah ” adlı hesabat xarakterli təşkilatın fəaliyyəti haqqında məruzə etdi. Hesabatda aşağıdakı fəaliyyətlər göstərildi: - Hemofiliyalı xəstələrin maraqlarını müdafiə etmək üçün 20 il ərzində dəfə Səhiyyə nazirliyi ilə müraciətlər olub və görüşlər keçirilib. Müraciətlərdə regionları dərman preparatları ilə təminatı, kadrların təkmilləşdirilməsinə dair, xaricdən mutəxəssilərin dəvəti ilə bağlı, Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması haqqında məsələlər göstərilmişdir. Əlilliyin profilaktikasına dair Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Mingəçevirdə hemofiliya haqqında məlumatları toplanmasi üçün informasiya mərkəzləri yaradılmışdır. Azərbaycanın 44 rayon və şəhərlərində və Naxçıvan MR da Hemofiliya problemlərinə dair rayon mərkəzi xəstəxanalarda çox profilli tibb işçiləri üçün seminarlarkeçirilmişdir. Xarici ölkələrə səfərlər edilib, Konfrans və Konqresslərdə iştirak olunub Çox saylı düşərgələr, Hemofiliya Məktəbi təşkil edilib. Xarici dövlətlərdə fəaliyyət göstərən vətəndaşlarla təcrübə mübadiləsi aparılıb. Avropa Hemofiliya konsorsium və Dunya Hemofiliya Federasiyasının Konfrans və Konqreslərində Azərbaycan layiqincə təmsil edilmişdir. Gələcəkdə qarşıya qoyulan məsələlərin həlli üçün aşağıdakı fəaliyyətlər istiqaməti qeyd edilmişdir. 1. Faktor konsentratlarının 4 beynəlxalq vahidə çatdırıması 2. Hepatit B və C viruslara yoluxan hemofiliyalı xəstələrin tam müalicəsi 3. Faktor konsentratları dərman preparatlarını regionlara paylaşdırılması 4. Hemofiliyalıların tekmilləşmiş elektron bazasının yaradılması 5. Ortoped cərrahların təkmilləşməsi 6. Tibbi genetik laboratoriyanın yaradılması Konfransda digər qonaqlar: Ombudsman Elmira Süleymanova, İrəli Gənlər Təşkilatının sədri MirHəsən Seyidov, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sosial məsələlər üzrə koordinatoru Nurəddin 1, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Valideynlərlə iş üzrə koordinator Vüsalə Əkbərova çıxış etdilər. Тoplantıda çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri hemofiliyalı xəstələrə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
QHT layihənin icrasını tamamladı
24.04.2024, 13:32 / Özəl, QHT -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL -
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
18.03.2024, 13:13 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
18.03.2024, 10:46 / GÜNDƏM, Özəl, QHT -
Təlimçi Məlumat Bankına daxil olacaq yeni təlimçilər müəyyən olunub
04.03.2024, 11:27 / Özəl, QHT, SOSİAL -
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
GÜNDƏM, SİYASƏT Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB