Hollandiyada xuliqanlarla futbolçular arasında dava baş verib – VİDEO

OXUNUB: 1213 İDMAN

Hollandiyanın I divizionunun XXVII turunda futbolçularla azarkeşlər arasında dava baş verib.

 Dava Deventer şəhərində keçirilən "Qo Ehed İqls” və "De Qraafsxap” komandaları arasında keçirilən matç zamanı olub.

Belə ki, qonaq komanda hesabda 4:0 öndə olarkən, xüsusən 16 dəqiqəyə üç qol vurarkən meydan sahiblərinin azarkeşləri özlərini saxlaya bilməyib və meydana daxil olub. Nəticədə azarkeşlərlə "De Qraafsxap” futbolçuları arasında dava baş verib. Davaya qonaq komandanın ehtiyatda olan futbolçuları da qoşulub.

Stadionun mühafizəçiləri isə araya girərək xuliqan azarkeşləri tutublar./oxu

İcmal.Az

RƏYLƏR