İçi sərnişinlə dolu “protiv” gedən avtobus - VİDEO

OXUNUB: 691 SOSİAL

Bakı-Şamaxı yolunun əksi istiqamətində içi sərnişinlə dolu halda hərəkət edən avtobus sürücüsünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Yanvarın 12-də Müşviqabad qəsəbəsinə işləyən 10-TG-171 qeydiyyat nişanlı "Daewoo"markalı  avtobusun sürücüsü yolunu uzatmamaq üçün yolun əksi istiqamətinə hərəkət edərək həm sərnişinlərə, həm də digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb. Sürücü həmin vaxt hərəkətini dayandırmadan körpüyə qalxaraq əks istiqamətdə hərəkət etməyə davam edib.

Ümid edirik ki, müvafiq qurumlar sürücünü aşkar edərək barəsində qanunauyğun tədbir görəcək.

 

İcmal.Az

 

RƏYLƏR