İcra başçıları vəzifələrindən azad ediləcək?

OXUNUB: 1131 GÜNDƏM HADİSƏ
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yaxın vaxlarda icra hakimiyyətlərinin ləğv oluna biləcəyini bildirib.
 
O deyib ki, ölkədə cəmi 14 regional icra başçısı qala bilər:
 
 
Cəmi 14 regional icra başçısı ola bilər.
 
Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib.
Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb.
 
Belə baxanda, hazırda rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və İcra hakimiyyətləri qalıb.
 
Ötən gün Prezident son zamanlar uğurları ilə diqqət mərkəzində olan Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi təyin edib.
 
Prezidentin bu Sərəncamı, artıq adi bir rayon üzrə deyil, bütöv bir region üzrə, bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi isə onu göstərir ki, yerli icra hakimiyyətləri də regionala çevrilə bilər.
 
Yəni, yaxın zamanlarda, ölkədə yeni idarəetmə modelinə keçidi, bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını , əvəzində isə Prezidentin7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar

RƏYLƏR