İcra başçısının maşını yaşıllıqları məhv edir? - FOTO

OXUNUB: 231 GÜNDƏM HADİSƏ
Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.

Foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.

Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.

Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.

Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib./oxu
 

RƏYLƏR