İki ölkənin aparıcı QHT-ləri tərəfdaşlıq memorandumu imzaladı.

OXUNUB: 472 SOSİAL
 28 aprel 2022-ci il tarixində "Qan Donorları Assosiasiyası” ictimai birliyi və Niderlandda gənclər, səhiyyə eyni zamanda humanitar sahədə aparıcı   "Birlikdə Güclüyük Fondu”  arasında  qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanıb.
     Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən  verdiyi məlumata əsasən, Niderland və Azərbaycanda fəaliyyət göstərən hər iki Qeyri Hökumət Təşkilatları məhsuldar fəaliyyətin inkişafı üçün bir araya gələrək əməkdaşlığ memorandumu imzalanmışdır. Əldə olunan rəsmi razılığa əsasən yaxın gələcəkdə gəncləri arasında ölkə xaricində gənclərin  sağlam həyat tərzi, qan donorluğunun inkişaf etdirilməsi, həmçinin qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız,  könüllü dəstək göstərilməsi, yerli və beynəlxalq düşərgələrin təşkili, əyləncə proqramları, elmi konfranslar, və bu sahədə effektiv nəticələr əldə olunması üçün fəaliyyət planı qurulacaqdır.
    Memorandum Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov  və "Birgə Yardım Fondu” direktoru İlkanə Qoca tərəfindən Bakı şəhərində  imzalanıb. İmzalanma prossesində birliklərin əməkdaşları və fəal üzvləri iştirak edib.  Mərasim sonrası iki təşkilatın rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə etmişdir. Görüşdə iştirak edən Qan xeyriyyəçisi eyni zamanda Beynəlxalq Təhsil üzrə ekspert Sərdar Yusif oğlu əldə olunan əməkdaşlığın hər iki ölkənin gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 
     Qan Donorları Assosiasiyası 15  ilə yaxındır respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.
Нет описания.

RƏYLƏR