İki xarici ölkə vətəndaşı Göygöldə yol qəzasına düşərək ölüb

OXUNUB: 587 HADİSƏ

Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, hər iki şəxsin Bolqarıstan vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır./report

 

 

İcmal.Az

RƏYLƏR