Azərbaycan Prezidenti İlham Əliyev yüngül atletika üzrə dünya çempionu olan Ramil Quliyevi təbrik edib.
7NEWS.azxəbər verir ki, təbrikdə deyilir:
-Əziz Ramil.
İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə
səmimi qəlbdən təbrik edirəm.
Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül
atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən
sonraAzərbaycanvə Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir
ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.
Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda
atmısan.
Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda,
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda
səninlə fəxr edirik.
Sənə idmanda yeni qələbələr arzulayıram.