İmic qalmaqalında Səidə Sultandan Röyaya şillə kimi cavab: “Fakt göz qabağındadır...” - FOTO

OXUNUB: 126 ŞOU-BİZNES

Dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanı "180 dərəcə” dəyişməsi gündəmi alt-üst edib.

Qalmaqallı imic dəyişikliyi ətrafında söz-söhbət getdikcə daha da böyüyür.

Müğənni Natavan Həbibidən sonra Röyanın imic dəyişimini hədəfə alan Səidə Sultan olub.

İcmal.Az xəbər verir ki, müğənni 2019-cu ildəki fotosessiyasından görüntülərini paylaşaraq, Röya ilə Anarı imic oğurluğunda günahlandırıb.

Səidə sosial media hesabında 2019-cu ildə çəkdirdiyi şəkilini Xalq artistinin yeni fotosessiyasında yer alan şəkillə müqayisə edib.

Paylaşdığı kollaj edilmiş fotoda isə o, qarşı tərəfi sərt şəkildə tənqid edib:

"Röyanın "Instagram” xəbər səhifələrindən sildirdiyi şəkili öz hesabımda paylaşmaq istədim. Sizcə düz etmişəm? Şərhi sizə buraxıram. Xatırladım ki, bu fotonu 2019-cu il iyunun 17-də çəkdirmişəm. Ünvanlıdır... Niyə inciyirsiniz ki? Fakt göz qabağındadır...”

S.Sultanın yazdığı iradlarla dolu rəyinə həmkarı N.Həbibidən dəstək gəlib. Natavan Röyanın qalmaqallı imic dəyişimini başına qaxınc edərək, Səidənin paylaşımına bu sözləri yazıb:

"İdeya mənbəyidir. Gündə bir şey fikirləşir, yazıq”.

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev müsahibəsində qarşı tərəfi (red: Natavan Həbibi) ideya oğurluğunda günahlandıraraq, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb

RƏYLƏR