İnternet televiziyaları ilə bağlı TƏKLİF: "Ciddi ölçü götürməliyik"

OXUNUB: 911 SOSİAL
"Azərbaycanda yayımlanan internet televiziyalarla bağlı qanun pozuntusuna qarşı sərt cəzalar tətbiq etməliyik".

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu təkliflə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.
 
"Kim istəyir bir kamera alır və xaricdə yayımlamağa başlayır, Azərbaycanla bağlı ağlına gələni çəkib istədiyi formada yayımlayır. Məsələn, kimisə tapıb Azərbaycanın əyaləti ilə bağlı guya ciddi problemlərin olduğu, vəziyyətin gərgin olması barədə danışdırıb yayımlayırlar. Biz araşdırıb yoxlayıb görürük ki, ümumiyyətlə həmin bölgədə o adda adam yaşamır. Haradan tapıb, necə danışdırırlar heç kimin xəbəri olmur. O cümlədən cəbhə xəttində ötən il aprel döyüşləri zamanı da həmin şəxslər eyni yalan məlumatları bu şəkildə yayımlayırdılar. Bununla bağlı ciddi ölçü götürməliyik", - deyə o vurğulayıb.
 
İcmal.Az

RƏYLƏR