InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avrozonada əmək bazarında müsbət göstəricilər avroya dəstək olsa da inkişafa dair nikbinlik fonunda proqnozların düşdüyü müşahidə edilir. Bu, EURUSD məzənnəsinin 1.14$ müqavimətini qırmasının qarşısını alır.
Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 19:00-da Amerikada boş iş yerlərinin sayı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP.
GBPUSD məzənnəsi də 1.33$ müqavimətin altında ticarət edilir. Təhlillərə əsasən, neft qiymətlərində bahalaşma sürətlənərsə və cümə günü saat 11:00-da istehsala dair göstəricilər müsbət açıqlanarsa, funt sterlinq də bahalaşa bilər.
TRY.
Türkiyədə inflyasiyanın artmaqda davam etməsi, lirənin də ucuzlaşmasına səbəb olur. Beləliklə, hökümətin iqtisadi islahatların nəticələri özünü inflyasiyada da müsbət göstərərsə, lirədə sabitləşmə müşahidə edilə bilər. Buna kimi USDTRY məzənnəsinin 16TL-yə kimi yüksəlməsi proqnozlaşdırılır.
OIL.
Enerji birjalarında Brent neftinin bir barel qiyməti növbəti dəfə 69$-da dəstək görərək dəyər qazanmağa başlayıb. Trend 74 və 79$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Foreks bazarlarında dolların ucuzlaşması ilə əlvan metallar bazarlarında qızıl qiymətləri də dəstək görüb. Bir unsiya üzrə qiymət isə növbəti dəstəyini 1766$-da (56.8$/qram) görüb və 1845$-a (59.3$/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_________________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.