"İslamiadadan sonrakı məqsədimiz Olimpiya Oyunlarının qalibi olmaqdır" - Azərbaycanlı karateçi:

OXUNUB: 904 İDMAN

IV İslam Həmrəyliyi Oyunlarından sonrakı məqsədimiz Olimpiya Oyunlarının qalibi olmaqdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə bürünc medal qazanmış azərbaycanlı karateçi Firdovsi Fərzəliyev deyib.

Onun sözlərinə görə, İslam Oyunları təntənəli şəkildə keçirilir, bu isə Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın idmana qayğısının nəticəsidir: "Burada asan rəqib yoxdur. Amma təəssüf ki, finala çıxmaq uğrunda mübarizədə taktiki səhvə görə xal itirdim".

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir

İcmal.Az

RƏYLƏR