İslamiadanın para-atletika yarışlarında ilk qızılı qazandıq

OXUNUB: 902 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışlarına start verilib.


İcmal.Az Trend-ə istinadən xəbər verir ki, atletimiz Samir Nəbiyev kürə itələmə yarışında bütün rəqiblərindən güclü olub.

İran idmançısı Cavid Şakib Ehsani gümüş, digər iranlı Cavad Dalakeh isə bürünc medala yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR