İzləyiciləri Burak Özçiviti BİABIR ETDİ

OXUNUB: 663 ŞOU-BİZNES

Burak Özçivit sosial şəbəkədə qınaq obyektinə çevrilib.

 "Can Fəda” layihəsində hərbiçini canlandıran Burak Özçivit instaqram hesabında əsgər uniformasında şəkil paylaşıb. Tanınmış aktyor "Zeytun budağı" əməliyyatrı ilə əlaqədar olaraq paylaşdığı fotoya "Allah ordumuzu qorusun. Bütün dualarımız, ürəyimiz sizinlədir" sözlərini yazıb.

Məşhur aktyorun şəklini 1 milyona yaxın izləyici bəyənib. Lakin izləyicilərin bir hissəsi hərbi xidmətdə olmayan aktyoru tənqid edib. Çoxları Burakı pullu əsgərlik xidmətindən istifadə etdiyini yazıb. Bundan sonra Burak şərh bölməsini bağlayıb.

Aktyorun xanımı Fahriye Evcen də "Zeytun budağı” hərəkatına səssiz qalmayıb. O, instaqramda bu sözləri yazıb: "Allah türk ordusunun və qəhrəman əsgərlərimizin köməyi olsun. Türk Silahlı Qüvvələri daim dualarımızdadır!”/publika

İcmal.Az

RƏYLƏR