“Jurnalistikanın inkişafinda PR-ın rolu” layihəsinin yekun tedbiri kecirilib

OXUNUB: 1310 QHT

18 noyabr 2017-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatı Ittifaqında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi Sevinc Baxışovanın "Jurnalistikanın inkişafında PR-ın rolu” adlı layihəsi keçirilib. Tədbiri giriş sözü ilə layihə rəhbəri Sevinc Baxışova açaraq gəncləri salamlayıb. Onlara layihəsi və Gənclər Fondu haqqında məlumat verib, Daha sonar layihə rəhbəri qonağını auditoriyaya teqdim edib. Park Bulvarın Piyar mütəxəssisi GunayMalikqızı tələbələri salamlayıb, onlara piyar və jurnalistika mövzusunda, onların qarşılıqlı münasibətləri haqqında məlumat verib.Qonaq təlimin gedişinde gənclərin suallarını cavablandırıb. Sonda iştirakçılar sertifikatlara layiq görülüblər.

RƏYLƏR