“Kainat gözəli”nin gəlinliyi cırıq-cırıq oldu - FOTO

OXUNUB: 722 ŞOU-BİZNES

2002-ci ildə "Kainat gözəli” seçilən Azra Akın toyunda geyindiyi gəlinliyi cırıq-cırıq edib.

Bu barədə gəlinliyi tikən modelyer Cəmil İpəkçinin özü məlumat verib.

Cəmil İpekçi açıqlamasında bildirib ki, Azra 2002-ci ildə gözəllik müsabiqəsində də onun hazırladığı libası geyinib:

"Azra Akın 2002-ci ildə mənim tikdiyim libasla "Dünya gözəli” seçilmişdi. Azranın gəlinliyi üçün novruzgülü çiçəyindən ruhlandım. Azranı novruzgülüyə bənzətdim. Gəlinliyin Avropa tərzində olması mütləq deyil. 145 metr iynə oyasından istifadə etdim. Azra yalnız ilin ən gözəl gəlini deyil, toyunda ən çox şənlənən gəlin oldu. Axşam 21.00-dan səhər 4-ə qədər rəqs edib, roman mahnılarında oynamışdı. Gəlinliyi cırıq-cırıq olmuşdu. Toy qurtaranda gəlinlik parçalanmışdı. Bundan başqa, özümlə də qürur duyuram. Çünki iynə oyası bu il fransız krujevasını ötüb”./publika

İcmal.Az

RƏYLƏR