Lənkəranda yük maşını ilə minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt –Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "KamAZ” markalı yük və "Mercedes” markalı minik avtomobilləri toqquşub, nəticədə 4 nəfər ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Qəzanın səbəbləri və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
İcmal.Az