Kaspşik Alxanlıya getdi, amma sakinlərlə görüşmədi — YENİLƏNİB

OXUNUB: 906 SİYASƏT
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Füzuli rayonunun Alxanlı kəndi istiqamətində qoşunların qarşıdurma xəttində olub.

İcmal.Az-ın məlumatına görə, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki, erməni silahlı bölmələrinin iyulun 4-də açdığı atəş nəticəsində həlak olmuş kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və nəvəsi, 2015-ci il təvəllüdlü Zəhra Quliyeva dəfn olunan vaxt A. Kaspşik hərbçilərin müşayiəti ilə avtomobillə onların yanından keçərək ön xəttə gedib.
 
Ön xətdə müşahidələr aparan şəxsi nümayəndə hərbçilərin müşayiəti altında Alxanlı kəndinə qayıdaraq, erməni silahlı bölmələrinin dünən axşam atdığı mərmilərin düşdüyü, kənd sakinlərinin həlak olduğu yerə baxış keçirib.
 
A. Kaspşik kənd sakinləri ilə görüşməyib.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

***

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik dünən Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı təmas xəttinin hər iki tərəfində araşdırma aparır.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında bildirib.
 
"Düşünürük ki, o, araşdırmalar nəticəsində ədalətli bəyanat verəcək”, - deyə H. Hacıyev qeyd edib.
 
İcmal.Az

RƏYLƏR