Keçmiş işçisi “Çudo Peçka”nı məhkəməyə verib

OXUNUB: 742 HADİSƏ

Hazırda fəaliyyəti dayandırılmış "Çudo Peçka” mağazalar şəbəkəsinin əməkdaşları maaş probleminə görə məhkəməyə üz tutublar.

Əməkdaşlardan biri Səbinə Həsənova Binəqədi Rayon Məhkəməsinə müraciət edərək şirkət tərəfindən verilməyən bir neçə aylıq maaşının ödənilməsini tələb edib. 

Məhkəmə onun iddiasını qismən təmin etsə də, S.Həsənova qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Hazırda şikayət üzrə məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışova sədrlik edir. Növbəti iclas sentyabrın 28-də keçiriləcək./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR