Kinonun cəmiyyət üzərindəki təsiri

OXUNUB: 1232 QHT

Asim Vəliyev
"Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

Kino bugün televiziya və internetdən sonra kütləvi informasiya vasitələri içərisində ən təsirli vasitələrdən biridir. Film, kütləvi informasiya vasitələri içərisində ən geniş yayılmış olan, yazıb oxumağı bacarmayan şəxslərə belə asan xitab edə bilən, asan anlaşıla bilən hərəkətli rəsm, söz, yazı və musiqi ilə birləşmiş bir anlatım üstünlüyünə sahibdir. Kino xüsusilə xalq tərbiyəsi baxımından ümumi dünya görüşünü artıran bir vasitədir. Xalqın fikirlərinə, adət-ənənə və davranışlarına təsir baxımından rolu böyükdür. Danışma, yurdu tanıma, yemə-içmə, geyinmə kimi müxtəlif vəziyyətlərdə davranış dəyişikliyinə müsbət yöndə təsir edə biləcək bir vasitədir. Kino bir ölkənin sosial problemlərini də əks etdirir. Gənclik, mülkiyyət, ailə-məişət, işçi, qadın, cinayət problemləri, cinsi və siyasi problemlər kimi çatışmazlıqları ələ alaraq bunları müsbət yöndə göstərə bilər. Hətta bunların yanlış və gerçək olmayanlarının tənqidini edərək bəzi çarələr, həllər də təklif edə bilər. Fəqət bunu edərkən heç bir zaman tək tərəfli olaraq cəmiyyətdəki müəyyən kəslərin, müəyyən və vərdiş edilmiş, sırf öz və təbəqələrinin mənfəətlərini qoruyan, öz hakimiyyətlərini davam etdirmək və möhkəmlətmək məqsədilə təqdim etmək doğru deyildir. Bizdəki tətbiq əksəriyyətlə üst təbəqələrin dəyərlərini əks etdirici şəkildə inkişaf etmişdir. Fikir və qənaətlərin nümayişi və açıqlanması baxımından çox böyük təsirə, rola malikdir. Bu günün izləyicisi satışa çıxmış romanları oxumaqdansa onların kinoya çəkilməsini gözləyib, filminə baxmağı daha çox tərcih edir. Yenə xalq tərbiyəsində kino müəyyən bir mədəniyyətin normasını, yanaşma və dəyər mühakimələrini tənqid etmək, ya da tənbeh etmək surətiylə xəbər verici bir vəzifəyə malikdir. Bu da kütlələrin məlumatını artırılmasında əhəmiyyətli bir rola malikdir. Hal-hazırda cəmiyyətimizdə çəkilən seriallar, filmlər təəssüf ki, milli -mənəvi dəyərlərdən uzaq, əksəriyyətlə ailə inistitutlarının dağıdılmasına xidmət edir. Əgər cəmiyyət olaraq buna etiraz etməyib izləməyə davam edəcəyiksə, həmin dəyərlərdən yoxsun, Avropanın göbəkdən aşağı mədəniyyətinə yiyələnmiş cəmiyyət halına çevriləcəyik.

 

İcmal.Az

RƏYLƏR