Kişi arvadını və 2 uşağını öldürdü - Azərbaycanda dəhşət

OXUNUB: 860 HADİSƏ

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

İcmal.Az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər. 

***

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

"Report” xəbər verir ki, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

İcmal.Az

RƏYLƏR