Kollegiya iki vəkilə irad tutdu

OXUNUB: 590 SOSİAL

Mayın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İcmal.Az xəbər verir ki, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq, fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.

İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə iki vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.

İcmal.Az

RƏYLƏR