Körpə dayısının “KamAZ”ı altında can verdi - YENİLƏNİB

OXUNUB: 559 HADİSƏ

Salyan rayon sakini "KamAZ”la bacısının və onun dörd yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.

İcmal.Az Report-a istinadla xəbər verir ki, dörd yaşlı Əli Məmmədov "KamAZ” kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb.

Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu "KamAZ”ın altında qalıb. Hadisə zamanı dörd yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, G.Məmmədova "KamAZ”ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır. 

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR