"Hörmət etdiyim nazirliklərdən birindən mətbuat xidmətinə dəvət gəlmişdi. Özümə yaş həddi qoymuşam. Ondan sonra televiziya fəaliyyətimə son qoyacağam. Həmin vaxta hələlik 3-5 il var. Ondan sonra hansısa dövlət qurumunda çalışaram. Amma televiziyanı sevirəm, bura mənim ikinci evimdir”.
Bu sözləri ötən gün ATV-də yayımlanan "V element” verilişinin qonağı, "ATV Xəbər”in aparıcısı Lalə Azərtaş deyib.
Qeyd edək ki, L.Azərtaş 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib./oxu
İcmal.Az