Lənkəranda ana və körpəsi öldü

OXUNUB: 562 HADİSƏ

Lənkəranda doğuş zamanı körpə və ana ölüb.

Bunu İcmal.Az-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.

Onun sözlərinə görə, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Sadıqova Elnarə bu gün doğum şöbəsində vəfat edib.

Əbülfət Məmmədov qeyd edib ki, qadın qanaxmadan dünyasın dəyişib:

"Dünən ana ölü oğlan uşağı dünyaya gətirib. Bu gün isə səhər saat 09:00 radələrində özü vəfat edib”.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR