Bakı-Sumqayıt qatarı qızı vurdu - Qulaqcıqla mahnı dinləyirdi...

OXUNUB: 757 HADİSƏ
Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar gənc qızı vurub.

İcmal.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

O qeyd edib ki, bu gün 09:40 radələrində Xırdalan-Biləcəri istiqamətində Sumqayıtdan Bakıya hərəkət edən iki mərtəbəli elektrik qatarı 21 yaşlarında olan gənc xanımı vurub:

"Xanım qulaqcıqla mahnıya qulas asırmış. Maşinist bir neçə dəfə xəbərdaredici siqnallar versə də, o,  mahnının səsindən siqnalları eşitməyib. Nəticədə yüngül xəsarət alıb. Dərhal maşinistlər tərəfindən  təcili tibbi yardım  vasitəsilə yaxınlıqdakı klinikaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır". 
 
 
İcmal.Az

RƏYLƏR