“Loqos” regionlarla bağlı layihəsini uğurla yekunlaşdırıb.

OXUNUB: 893 SOSİAL
"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi Regionlarla bağlı layihələrini uğurla yekunlaşdırıb. 

2018-ci ilin əvvəlindən regionlarda əhali üçün start verilən ödənişsiz psixoloji konsultasiyalar dekabr ayında Xaçmaz və Saatlı rayonlarında yekunlaşıb. İlboyu ölkəmizin bir sıra regionlarında əhaliyə göstərilən psixoloji xidmət çərçivəsində yerli sakinlər üçün yaş məhdudiyyəti nəzərə alınmadan psixoloji, pedaqoji və loqopedik müayinələr həyata keçirilib. 
Keçirilən görüşlərdə "Loqos” un psixoloq, pedaqoq və loqopedik komandası iştirak edib və əhaliyə psixoloji xidmət göstərilib. 
Xaçmaz və Saatlı rayonlarında əhali ilə keçirilən görüşdə iştirak edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova bildirib ki, həyata keçirilən bütün layihələrimiz təkcə Bakı şəhər daxilində deyil, regionlar da mütəmadi keçirilir. Sizlərə xidmət etmək işimizin əsas qayəsini təşkil edir və bu xidmət yeni ildə də davam edəcəkdir. 
Sakinlər keçirilən aksiyaya görə "Loqos” və PXTİB-nin kollektivinə təşəkkürlərini bildiriblər. 










 
İcmal.Az

RƏYLƏR