Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ölümə yox” adlı layihə çərçivəsində Kürdəmir rayon 1 saylı orta və Atakişili kənd orta məktəblərində maarifləndirici tədbirlər həyata keçirmişdir. Tədbir zamanı 9,10 və 11 sinif şagirdlərinə "Ölümünü sifariş edənlər” sənədli filmi nümayiş etdirilmiş və şagirdlərlə film haqqında müzakirələr aparılmışdır. Tədbirlərdə Mərkəzi Aran Regional təhsil idarəsinin Kürdəmir Rayonu üzrə təhsil sektorunun müdiri Rafael Məmmədov, metod kabinetinin direktor əvəzi Mehman Osmanov və 1 saylı orta məktəbin direktoru Vügar Nəsirov çıxış edərək layihənin vacibliyindən və belə tədbirlərin mütəmadi keçirilməsi arzusunda olduqlarını bildirdilər. 21-ci əsrin bəlası olan narkomaniyanın qarşısının alınması üçün maarifləndirmənin ən gözəl vasitə olduğunu qeyd etdilər. Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Aslan Mərziyyə gənclərə bu sahədə ayıq olmağı və tədbir çərçivəsində əldə etdikləri vəsaitlərdən daha çox insanın maarifləndirilməsi üçün istifadə etmələrini tövsiyə etdi, layihənin maliyyə dəstəyinə görə Gənclər və İdman Nazirliyinə, texniki dəstək üçün Kürdəmir rayon İcra Hakimiyətinə, xüsusəndə İcra Hakiminin muavini Vəsilə Əsgərliyə təşəkkürünü bildirdi. Tədbirin sonunda iştirakçılara filmi özündə əks etdirən disk, maarifləndirici buklet və dəftərxana ləvazimatları paylanıldı. Layihə çərçivəsində ümümi 200 nəfər şagird maarifləndiriləcək.
Ana səhifə
/
Özəl / QHT / SOSİAL / “Ölümə yox” adlı layihə çərçivəsində maarifləndirici tədbirlər həyata keçirilib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək
03.05.2024, 12:52 / Özəl, QHT, SOSİAL -
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL -
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
18.03.2024, 13:13 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
Təlimçi Məlumat Bankına daxil olacaq yeni təlimçilər müəyyən olunub
04.03.2024, 11:27 / Özəl, QHT, SOSİAL -
“Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi TƏQDİM OLUNDU - FOTOLAR
15.02.2024, 17:01 / Özəl, QHT, SOSİAL -
Dohada qida təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçirilib-FOTOLAR
10.02.2024, 20:08 / Özəl, QHT, SOSİAL