Mahir Mədətov “Qarabağ”ı tərk edir? – VİDEO

OXUNUB: 1184 İDMAN

21 yaşlılardan ibarət Azərbaycan milli futbol komandasının və Qarabağ klubunun futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İcmal.Az xəbər verir ki, "Lider TV"-də yayımlanan "Bu bizik” verilişinə telefonla bağlantı zamanı xarici klubların onunla maraqlandığını deyib. O bildirib ki, hər şey 2018-ci ildə dəqiqləşəcək: "Müqavilə imzalansa, hamı biləcək ki, qış koridorunda Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik.

Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin koridorunu gözləmək lazımdır”.

İcmal.Az

RƏYLƏR