“Malmö”nün futbolçusu zorlama ittihamı ilə həbs olundu

OXUNUB: 811 İDMAN

İsveçin "Malmö” klubunun futbolçusu 15 yaşlı qızı ayrı-ayrı vaxtda, beş dəfə zorlamaqda şübhəli bilinərək həbs olunub.

Bu barədə "The Sun” məlumat yayıb.

Onlayn qəzetin məlumatına görə, futbolçu üç il müddətinə azadlıqdan məhrum edilə bilər.

"Apellyasiya şikayəti verəcəyik. Bəli, mənim müştərim həmin qızı tanıyıb, ancaq onların arasında cinsi əlaqə olmayıb”, – deyə futbolçunun vəkili bildirib.

Xatırladaq ki, 2017-ci ildə "Malmö”nün sözügedən oyunçusu analoji ittihamlarla heyətdən kənarlaşdırılmışdı./oxu

İcmal.Az

RƏYLƏR