Maral Tahirqızını beşbarmaqla döyüblər

OXUNUB: 882 HADİSƏ
Müğənni Maral Tahirqızı BiG.AZ saytına özəl açıqlama verib.

İfaçı başına gələn oğurluq hadisəsi ilə bağlı danışıb. Bildirib ki, beşbarmaqla ona hücum edib boyunbağısını oğurlayıblar:

"Bu sənətə gəlməmişdən öncə ticarətlə məşğul idim. Qış ayları idi, evə gəlirdim, hava da tez qaralırdı. Hardasa saat 17:00 – 18:00 radələri idi. Üzərimdə də italyan boyunbağı və qolumda qolbaq var idi. Bizim məhləyə çatanda hiss elədim ki arxadan kimsə gəlir. Dayandım, arxaya çevrildim, gördüm ki hündür boylu cavan oğlan əlində beşbarmaq deyilən alətlə başımdan vurdu. Əlini atdı boynuma, mən də tez əynimdə gödəkcə ilə boynumu tutdum. Bir anlıq gözümün önünə rəhmətə gedən qonşumuz gəldi. O, mənə dedi ki qoy nə istəyir aparsın, yoxsa sənə xəsarət yetirəcək. Sanki şoka düşmüşdüm, əlimi boynumdan çəkdim. O da boynumdakı sepi dartdı və qaçmağa başladı. Mən də başladım qışqırmağa ki, qoymayın məni soydular, amma qaçdı getdi. Həmişə ürəyimə daman başıma gəlir".

İcmal.Az

RƏYLƏR