ABŞ-ın Tennesi ştatının təbii sərvətlər üzrə agentliyinin əməkdaşları ağquyruq maralların davasını lentə alıblar.
İcmal.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, görüntülər agentliyin Facebook səhifəsində yerləşdirilib.
Qeyd olunur ki, video meşədə quraşdırılmış kamera vasitəsi lentə alınıb. Arxa ayaqları üstə duran marallar qabaq dırnaqları ilə bir-birlərini vururlar.
Ağquyruq marallar Şimali Amerikada yaşayırlar. Qış aylarında erkək marallar buynuzlarını atırlar, yeni buynuz isə yalnız yazın axırlarında çıxır. Buynuzları olmayanda, marallar münasibətlərini dırnaqları vasitəsi ilə həll edirlər.
İcmal.Az