Masallıda ağır qəza — 2 ölü, 3 yaralı

OXUNUB: 652 HADİSƏ
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Shagman” markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramov a aldıqları xəsarətdən ölüblər. B. Bayramov un qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan  Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.
 
Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
 
Fakt araşdırılır./apa
 

İcmal.Az

RƏYLƏR