Maşın qəza nəticəsində çaya düşdü - Ölən və yaralanan var

OXUNUB: 783 HADİSƏ

Daşkəsən rayonu, Quşçu kəndi ərazisində "Qazel" markalı yük avtomobilinin "VAZ" markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

İcmal.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:49-da başa çatıb.

APA yol qəzası nəticəsində xəsarət alan sürücülərin kimliyi hgaqda məlumat yayıb. Bunlar Daşkəsən rayon sakini, 1949-ci il təvəllüdlü Rəşid Məmmədov və Göygöl rayon sakini, 1944-cü il təvəllüdlü Yolçu İbrahimovdur. 

Hər iki sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların yüngül xəsarət aldığı bildirilir.

İcmal.Az

RƏYLƏR