Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. Raufun hədəfi isə dünənki verilişindən bəlli idi. O ötən gündən Mehriban Xanlarova ilə mübariəz aparacağını bildirmişdi. Mehriban Xanlarova isə Raufun onun mübarizə aparacağı adam olmadığını deyib. Bununla belə o pərəstişkarlarından şouda qalması üçün Raufun getməsinə səs verməsini istəyiblər.
Xatırladq ki, ötən gün Rauf Mehriban Xanlarovanı duelə çağırıb və onu əjdaha adlandırıb. "Sabah əjdahanın başını özüm kəsəcəm”, - deyə Rauf emosional şəkildə hədəfini açıqlayıb. /baku.ws
İcmal.Az