Maştağada qonşular arasında kütləvi dava: Xəsarət alan var

OXUNUB: 1022 HADİSƏ

Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.

Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu” kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.

Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR