Mehman Hüseynovla bağlı məhkəmə keçirildi

OXUNUB: 542 SOSİAL

Bakı Apellyasiya Məhkəməsində bloqer Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda vəkil Şəhla Hümbətova Mehman Hüseynovun hazırladığı reportajlarla bağlı vəsatət verib. 

O, həmin reportajlara baxılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

İclasda məhkəmə istintaqı tamamlanması barədə qərar qəbul edilib.

Proses dekabrın 15-də davam edəcək.

İcmal.Az

RƏYLƏR