"Mehriban Əliyeva Birinci vitse-prezident kimi 5 il ərzində çox böyük işlər görüb" - Nahid Şəmşir

OXUNUB: 282 SOSİAL
7NEWS.az xəbər verir ki, bu sözləri Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin 5 illiyinə münasibət bildirərkən Nahid Şəmşir deyib: "Mehriban xanım Əliyevanın Birinci vitse- prezident postuna təyin olunmasından 5 il ötür. Humanizm və mərhəmət ideyalarının carçısı, mükəmməl xanım obrazını bütün parametrləri ilə öz şəxsiyyətində təcəssüm etdirən Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi hər kəsi tarixən mövcud olan güclü Azərbaycan qadını obrazının bu gün də var olduğuna inandırmağı bacardı. Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi, onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq.  Ali Baş Komandanın ən sadiq silahdaşı olan Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı çağırışları, cəbhədə döyüşən igid əsgərlərimizə duaları, yaralılarımızın, həlak olan günahsız dinc vətəndaşlarımızın doğmalarının ağrı-acısına bir ana kimi şərik olması insanların vətənpərvərlik hisslərini coşdurdu. Mədəniyyətimizin, xüsusən də aşıq sənətinin qorunub saxlanması, gələcək nəslə ötürülməsi baxımında Mehriban xanımın çox böyük əməyi var. Dədə Şəmşirin nəvəsi kimi Mehriban xanıma dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm." 

7NEWS.az

RƏYLƏR