Meksika səfiri: "Dağlıq Qarabağ münaqişəsini təcili həll etmək lazımdır"

OXUNUB: 916 SİYASƏT
"Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır".

İcmal.Az  xəbər verir ki, bunu Trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Diplomat qeyd edib: "Təmas xəttindəki son hadisə göstərdi ki, bu münaqişə tez bir zamanda dinc yolla həll edilməlidir".

Onun sözlərinə görə, Meksika beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü prinsipinə ehtiram göstərdiyini dəfələrlə bəyan edib:

"Əlbəttə ki, biz vəziyyətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində sülh yolu ilə həllinə çağırırıq".
 
 
İcmal.Az

RƏYLƏR